NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı öz qonşularını qorxutmaq üçün hərbi qüvvədən istifadə etməyə hazır olmaqda ittiham edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, alyans rəhbəri bunu fevral ayının 9-da Brüsseldə mətbuat konfransında səsləndirib.
“Rusiya qonşularını qorxutmaq və Ukrayna, eləcə də Gürcüstanda müşahidə etdiyimiz kimi, Avropa ilə sərhədləri bağlamaq üçün silahlı qüvvələri istifadə etməyə hazırdır”, - o deyib.