NATO Suriyada Rusiya təyyarəsi ilə bağlı insidentə görə çərşənbə axşamı səfirlər səviyyəsində Şimali Atlantika Şurasının növbədənkənar iclasını çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə alyansın rəsmisi bildirib.
“Şimali Atlantika Şurasının iclası saat 17:00-da (Bakı vaxtı ilə 20:00), Türkiyənin çağırışı əsasında baş tutacaq”, - deyə, alyans nümayəndəsi bildirib və qeyd edib ki, hazırda mətbuat üçün heç bir tədbir nəzərdə tutulmayıb.