Almaniyadan Rusiyanın Omsk şəhərinə Aleksey Navalnını aparmaq üçün təyyarə göndərilib.
“RİA Novosti” xəbər verir ki, bunun üçün tibbi təyyarə almaniyalı həkimlər qrupu ilə Omskdən Almaniyaya uçub.
Komada qalan bloqer təcili yardım maşınında birbaşa təyyarəyə aparılıb.
Polis hava limanına qədər maşını müşayiət edib.
Qeyd edək ki, avqustun 20-də Navalnının uçduğu təyyarə təcili Omsk şəhərinə enib. Onu kəskin zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdiriblər. Ancaq avqustun 21-də həkimlər əsas diaqnozun metabolik pozğunluq olduğunu açıqlayıblar. Hazırda Navalnı komadadır, vəziyyəti qeyri-stabil ağır qiymətləndirilir.