Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının idarə heyətinin üzvü Şahverdi Babayev bu ölkədə sosial inkişafın gücləndirilməsinə, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılmasına, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə “Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi” yubiley medalı ilə təltif edilib.
Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qazaxıstan Xalqları Assambleyası 1995-ci ildə Qazaxıstanda yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədi ilə yaradılıb.
Assambleyanın sədri Qazaxıstan Prezidenti Nursultan Nazarbayevdir.
