Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazarbayev istefa verdi - VİDEO
Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində istefa etdiyi bəyan edib.
Onun sözlərini RİA Novosti sitat gətirib.
“Mən prezident postunda səlahiyyətlərimi dayandırmaq barədə qərar qəbul etmişəm”, - dövlət başçısı deyib.
O, əlavə edib ki, Respublikanın Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacaq və “Nur Otan” partiyasına rəhbərlik etməyi davam etdirəcək.
Qazaxıstan Konstitusiyasına əsasən, vaxtında əvvəl vəzifəsindən azad edilməsi və istefa verməsi, və ya ölməsi zamanı, seçkilərə qədər dövlət başçısının səlahiyyətləri parlamentin yuxarı palatasının (Senat – red.)sədrinə keçir.
Hazırda ölkə prezidenti vəzifəsini yeni seçkilərə qədər Qazaxıstan parlamentinin yuxarı palatasının sədri Kasım-Jomart Tokayev icra edəcək.
Qeyd edək ki, Qazaxıstanda sonuncu prezident seçkiləri 2015-ci ildə keçirilib. Nazarbayev 97,75 faiz səslə qələbə qazanıb. Növbəti seçkilər 2020-ci ildə nəzərdə tutulub.
İyul ayında Nazarbayevin 79 yaşı olacaq. O, 1990-cı ildən Qazaxıstanın prezidenti vəzifəsində olub.
Qazaxıstan qanunvericiliyə ilə Nazarbayevə millətin rəsmi lideri titulu verilib. Bu status Nazarbayevə prezident olub-olmamasından asılı olmayaraq ömürlük hakimiyyət səlahiyyətləri verir, həmçinin onu və ailə üzvlərini cinayət təqibindən azad edir.
"Kasım-Jomart Tokayev" teqi üzrə xəbərlər
- Qazaxıstan daha iki AES-in inşasına başlamağı planlaşdırır
- Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"
- Qazaxıstan prezidenti ömürlük həbs cəzasını nəzərdə tutan qanun imzaladı
- 2024: İlklər və uğurlar ili
- Tokayev qəzaya uğrayan təyyarənin sərnişinlərini xilas edən ölkə vətəndaşlarını mükafatlandırıb
Rəylər