Qazaxıstan prezidenti Nursultan Nazarbayevin lideri olduğu “Nur Otan” partiyası təcili dövlət başçısı seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Bu barədə partiyanın bəyanatında deyilib.
Qazaxıstan xalqları Assambleyasının şura iclasında deleqatlar yekdilliklə təcili prezident seçkilərinin keçirilməsi təşəbbüsünü dəstəkləyiblər.
“Nur Otan” partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi bu təşəbbüsü dəstəkləyir”, - “Novosti-Kazaxstan” İA-nın bəyanatından sitat gətirib.
“Bu fonda dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə ksenofobiya, dini qarşıdurma inkişaf edir, radikal hərəkatlar güclənir. “Nur Otan” partiyasının Siyasi şura iclasında Elbası (xalq lideri – red.) vurğulayıb:
“Yaxın illər qlobal sınaqlar zamanı olacaq. Bu mürəkkəb mərhələni layiqincə keçməyə bütün ölkələr müvəffəq olmayacaq. Bu səddi yalnız güclü dövlətlər, birləşmiş xalqlar keçə biləcəklər”, - partiyanın bəyanatında bildirilib.
Qazaxıstanda təcili prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə Qazaxıstan xalqları Assambleyasının sədr müavini Anatoli Başmakov çıxış edib.
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəyə 1990-cı ildən başçılıq edir. Son seçkilərdə o seçicilərin 95,5% səsini toplayıb.