Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayev ölkədə keçiriləcək prezident seçkilərində iştiraka razılıq verib. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
“Sizin bildiyiniz bizim uğurlarımızın bazasında biz, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün qabağa getməliyik. Buna görə də sizin qarşınızda çıxış edərək namizədliyimin irəli sürülməsinə razılığımı verirəm”, - Nazarbayev partiyasının qurultayında deyib.
Öncə “Nur Otan” partiyası Nazarbayevin namizədliyini irəli sürmüşdü.
Artıq Qazaxıstan MSK-sı prezident postuna 2 nəfərin namizədliyini qeydə alıb. Qazaxıstanda prezident seçkiləri aprelin 26-da keçiriləcək.
www.oxu.az