Qazaxıstanda prezident seçkilərində qalib gəlmiş Nursultan Nazarbayev bəyan edib ki, ölkə yeni inkişaf mərhələsindədir.
“Ciddi işlər başlayacaq. Biz sənayeləşdirməni sona çatdırmalı, milyonlarla iş yeri yaratmalıyıq. Biz “Nurlu yol” proqamını həyata keçirməliyik, bütün Qazaxıstanda yollar çəkilməlidir. Bununla da biz iqtisadi əlaqələri fəallaşdırıb Qazaxıstanı tranzit ölkəyə çevirməliyik”, - Nazarbayev “Millətin lideri ilə yeni qələbələrə” forumunda çıxışında deyib.
Onun fikrincə, Qazaxıstan kimi çoxdinli və çoxmillətli ölkədə hamının barəbar mühitdə yaşaması bütün dünyaya nümunə göstərilməlidir.
“Biz daxildə bir olacayıq, müttəfiqlərimiz, tərəfdaşlarımız və bütün dünya qarşısındakı öhdəliklərimizə sadiq qalacayıq. Bizə inanırlar, biz münaqişə olduğu hər yerdə qan tökülməsinin dayandırılmasının tərəfdarıyıq”, - Nazarbayev qeyd edib.
www.oxu.az