Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qırğızıstan Respublikasının yeni seçilən prezidenti Sooronbay Jeenbekova təbrik teleqramı göndərib.
Oxu.Az bu barədə Qazaxıstan KİV-ə istinadən xəbər.
"İnanıram ki, Qazaxıstanla Qırğızıstan Respublikası arasında qarşılıqlı əməkdaşlıq ölkələrimizin rifahı naminə gələcəkdə də inkişaf edəcək”, - deyə N.Nazarbayevin teleqramında bildirilib.
Qeyd edək ki, oktyabrın 15-də Qırğızıstan Respublikasında keçirilən prezident seçkisində hakim “Sosial-demokratik” Partiyanın nümayəndəsi Sooronbay Jeenbekov 54,81 faiz səslə qalib gəlib. Sabiq baş nazir Omurbek Babanov 33,8 faiz səslə ikinci yeri tutub.
N.О.