Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Qış Universiadası - 2017”-nin start estafetində iştirak edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
28-ci Dünya Qış Universiadasının məşəl estafeti çərşənbə günü Astanada start götürür, birinci mərhələdə 60-a yaxın adam iştirak edəcək. İkinci mərhələdə məşəl respublika qərargahının nümayəndələrinə veriləcək və aviareys ilə 28-ci Dünya Qış Universiadasının açılış mərasimində iştirak üçün Almatıya çatdırılacaq.
28-ci Dünya Qış Universiadası yanvarın 29-dan fevralın 8-nə qədər Almatıda keçiriləcək.
N.O.
www.oxu.az