Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətə pensiyaların 2016-cı ilə münasibətdə 20 faiz artırılması barədə tapşırıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Kazinform” BİA məlumat yayıb.
“Müstəqilliyimizin 25 illiyi şərəfinə mən hökumətə gələn il təqaüdlərin 2016-cı ilə münasibətdə 20 faiz artırılması barədə tapşırmışam”, - Nazarbayev bəyan edib.
Bu artım 2,2 milyon Qazaxıstan sakinini əhatə edəcək.
“25 il ərzində sosial xərclər 26 milyondan 4,8 trilyon tengeyə qədər artıb. Biz bu işi davam etdirəcəyik”, - prezident əlavə edib.
N.O.
www.oxu.az