Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazarbayevin kürəkənləri vəzifələrindən getdilər - FOTO
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın əri Dimaş Dosanov “KazTransOil” dövlət şirkətinin baş direktoru - İdarə Heyətinin sədri vəzifəsini tərk edib.
Bu barədə “Samruk-Kazına” Fondunun açıqlamasında deyilir.
“KazTransOil” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına əsasən, təqdim etdiyi ərizə ilə Dosanov D.Q.-nin “KazTransOil” SC-nin baş direktoru səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib”, - deyə məlumatda bildirilib.
Fonddan o da vurğulanıb ki, göstərilən tarixdən etibarən həm də Kayrat Şaripbayevin səhmdarı olduğu “QazaqGaz” Milli Şirkəti (keçmiş adı – KazTransQaz) ASC-nin İdarə Heyətinin sədri kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Qazaxıstan mediasının məlumatına görə, Şaripbayev keçmiş prezidentin böyük qızı, parlamentin deputatı Dariqa Nazarbayevanın ikinci əridir.
Mənbə: RİA Novosti
Rəylər