Türkiyənin Kanal D telekanalı “rüşvət əməliyyatı” zamanı saxlanılan Barış Gülərin evində aparılan axtarışın görüntülərini yayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, axtarış əməliyyatçılar tərəfindən lentə alınıb.
Polislər evin hər yanından pul çıxarırlar.
Kanal D-nin jurnalisti isə buna belə şərh verir: “Hər yerdən kutular çıkıyor. Kutular farklı, amma içlərindən çıxan aynı...”
Qeyd edək ki, tutulan Barış Gülər Türkiyənin daxili işlər naziri Müəmmər Gülərin oğludur.