Bakıda ana doğuş zamanı vəfat edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb.
Qaradağ rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib.
Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z.Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.