Türkiyə ordusunun “Pəncə-İldırım” əməliyyatında daha dörd şəhid verib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabında açıqlama verib.
“Pəncə-İldırım” əməliyyatında terrorçuların hücumu nəticəsində qəhrəman əsgərimiz Remzi Nişanla, qəhrəman “güvenlik korucuları”mız (yerli təhlükəsizlik dəstələrinin üzvləri – red.) Bülent Vermez, Kemal İmece, Avdi Demir, Veysi Sebik şəhid olublar. Şəhidlərimizə allahdan rəhmət, ailələri və əziz millətimizə başsağlığı diləyirəm”, - deyə nazir bildirib.
Pençe-Yıldırım Harekatında, teröristlerin saldırısı sonucu, Kahraman Askerimiz Remzi Nişan ile Kahraman Güvenlik Korucularımız;
— Süleyman Soylu (@suleymansoylu) July 25, 2022
Bülent Vermez, Kemal İmece, Avdi Demir, Veysi Sebik Şehit düştüler.
Şehitlerimize Allah’tan rahmet; aileleri ve Aziz Milletimize başsağlığı diliyorum.
19:45
“Pəncə Yıldırım” əməliyyatında türkiyəli hərbçi şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Remzi Nişan adlı hərbçi silahlı insident nəticəsində dünyasını dəyişib.
