İtaliyanin cənubunda Neapol şəhərində naməlum şəxs öz eyvanından küçədəki insanlara atəş açması nəticəsində 4 nəfər ölüb, daha dörd nəfər isə yaralanıb. Ölənlər arasında bir polis əməkdaşı var.
Oxu.Az xəbər verir ki, bu haqda “La Stampa” qəzeti xəbər verib.
Məlumat verilir ki, bir nəfər əvvəlcə tüfəngindən öz həyat yoldaşına atəş açıb, daha sonra eyvandan küçədəki insanlara atəş açmağa başlayıb.
Qatil könüllü olaraq polisə təslim olub. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.