Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Nəhəng ticarət müharibəsi” başladı
Bu gün ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı qərarı qüvvəyə minir.
Oxu.Az xəbər verir ki, Pekin “nəhəng ticarət müharibəsi”nin başlandığını elan edib.
Tramp bu qərarın yalnız Çinə aid olduğunu bildirib.
Bununla yanaşı, Çinin kommersiya naziri bəyan edib:
“ABŞ iyulun 6-dan etibarən Çindən idxal olunan və ümumi dyəri 34 milyard dollar olan məhsullara 25 faizlik rüsum tətbiq etməyə başlayacaq. Bununla ABŞ Beynəlxalq Ticarət Təşkilatının qaydalarını pozur və iqtisadiyyat tarixində nəhəng ticarət müharibəsi başlayır”.
Əlavə edilib ki, Çin rəhbərliyi ABŞ hökumətinin bu qərarına qarşı cavab tədbirləri görmək məcburiyyətindədir.
“Çin ilk atəşi açmadı, ancaq indi dövlətin maraqlarını qorumaq məcburiyyətindədir və buna görə də cavab zərbələri endiriləcək”, - məlumatda deyilir.
"Çin" teqi üzrə xəbərlər
- Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi
- Azərbaycan XİN Çinə başsağlığı verib
- Çempionlar Liqasının ikiqat qalibi olan peşəkar klub statusunu itirib
- Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı
- Çindən dünyaya yeni pandemiya təhlükəsi: Metapnevmovirus yayılır
Rəylər