Boris Nemtsovun işi üzrə ittiham edilən, qətlində şübhəli bilinən Zaur Dadayevin həbsindən müdafiə tərəfi şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Moskvanın Basmannı məhkəməsinin mətbuat katibi Anna Fadeyeva bildirib.
“Dadayevin müdafiəçisindən qəti-imkan şəklində nəzarət altında saxlanılma qərarının ləğv edilməsinə dair şikayət daxil olub”, - mətbuat katibi bildirib.
Beləliklə, saxlanılan beş nəfərdən dördü qərardan şikayət edib.
Xatırladaq ki, B.Nemtsov Moskvanın mərkəzində, fevral ayının 28-nə keçən gecə qətlə yetirilib.
www.oxu.az