Nepalın dağlıq bölgəsində ölkənin turizm naziri olmaqla altı nəfərin olduğu helikopter qəzaya uğrayıb. Qəzanın əlverişsiz hava şəraiti ilə əlaqədar baş verdiyi bildirilir.
Bu barədə “The New York Times” yerli rəsmilərə istinadən məlumat yayıb.
Nepalın hökumət rəsmisi Gita Kamari Rai xilasedicilərin helikopterin qəzaya uğradığı dağlıq sahəyə piyada yollandıqlarını bildirib. Yaxınlıqdakı kəndin sakinləri qəza yerinə çatsa da, helikopterin göyərtəsində olanların aqibəti barədə məlumat verilmir.
Helikopter qəzasının baş verdiyi vaxt bölgədə güclü qar müşahidə olunub. Göyərtədə turizm naziri Rabindra Adhikari ilə yanaşı, ölkənin mülki aviasiya rəsmilərinin olduğu bildirilir.