Nepaldan Ukrayna vətəndaşlarını təxliyyə etmiş təyyarə Kiyevə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna XİN-nin “Twitter” səhifəsində deyilir.
“Nepaldan təxliyyə edilmiş Ukrayna vətəndaşlarının olduğu İl-76 təyyarəsi indicə Borispol hava limanında eniş edib”, - XİN-nin məlumatında deyilir.
Qeyd edək ki, hava gəmisi mayın 5-dən Nepaldan çıxıb və yolüstü Dehli və Bakıda dayanacaq edib.
www.oxu.az