Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nəsiminin Suriyanın Hələb şəhərindəki məqbərəsinin yeni görüntüsü yayılıb
Azərbaycan şairi İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məqbərəsinin yeni görüntüsü yayılıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, məqbərənin görüntüsünü Hələbə daxil olan döyüşçülərdən biri çəkib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçiblər. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəraa və Homsu ələ keçiriblər.
Dünən səhər saatlarında silahlı qruplar Dəməşqə daxil olublar, Bəşər Əsədin ölkəni tərk edərək Moskvaya uçduğu məlum olub.
"Suriya" teqi üzrə xəbərlər
- Aİ Suriyaya qarşı sanksiyaları dayandırdı
- Aİ Suriyaya qarşı bəzi sanksiyaları dayandıracaq
- Suriyada "Hizbullah"a silah satan qruplaşmanın üzvləri SAXLANILDILAR
- Suriyada səfirliyimizin fəaliyyətə başlaması əlaqələrimizi yeni mərhələyə qaldıracaq
- Tramp Suriyada "Əl-Qaidə" başçılarından birinin məhv edildiyini açıqlayıb