ABŞ İsraildəki səfirliyini bu il Təl-Əvivdən Qüdsə köçürəcək, bu, birmənalıdır.
Oxu.Az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Hindistana səfəri zamanı verdiyi açıqlamasında bildirib.
O, bunun, yəni, qalmaqallı qərarın “bəzi önəmli dəqiqləşdirmələr”in nəticəsi olaraq meydana çıxdığını bildirib:
“Birmənalı olaraq deyirəm ki, ABŞ öz səfirliyini bu il Qüdsə daşıyacaq”, – deyə Netanyahu bildirib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az