Ötən həftə Kayseriyə tətilə gedən türkiyəli aktrisa Yasemin Özilhan və həyat yoldaşı Bülent Cankurt istirahətini yarımçıq qoyub.
Oxu.Az xəbər verir ki, cütlük təcili İstanbula qayıdıb.
Buna onların donuz qripinə yoluxması səbəb olub.
Tətili yarımçıq qoyan cütlük qızları Əminə və Ela ilə birlikdə xəstə yatır.
Ciddi müalicə prosesinə girən ailənin vəziyyəti stabildir.

Pərviz Hüseyn
www.oxu.az