Avropada yaşayan yəhudilər təcili İsrailə qayıtmalıdırlar.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Danimarkada törədilən terror aktından sonra bu çağırışı edib.
Baş nazirin sözlərinə görə, Avropada yenidən yəhudiləri yəhudi olduqları üçün öldürürlər.
“İsrail sizin evinizdir. İsrail hökuməti Avropadan kütləvi şəkildə immiqrasiya edən yəhudiləri qəbul etməyə hazırıq və onları ölkələrinə çağırırıq”, - deyə Netanyahu bildirib.
Baş nazir onu da bildirib ki, Nazirlər Kabineti Fransa, Belçika və Ukraynada yaşayan yəhudilərin İsrailə qayıtmasını stimullaşdırılması üzrə proqramın icrası üçün dövlət büdcəsindən 47 milyon dollar ayrılıb.