İsrailin Baş naziri Binyamin Netanyahu İranın nüvə proqramı üzrə əldə olunmuş razılığı pisləyib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“İran üçün nüvə silahına düz yol açılır. Onun işlənməsinin qarşısını alacaq məhdudiyyətlərin çoxu aradan qaldırıldı”, - İsrailin baş naziri Niderlandın XİN başçısı ilə görüşdən öncə deyib.
“Bu razılaşma tarixi miqyaslı böyük səhvdir”, - Netanyahu bildirib.