İran və “altılıq” arasında razılaşma BMT-nin Təhlükəsizlik Şurasında qətnamənin qəbul olunmasından 90 gün sonra qüvvəyə minəcək.
Oxu.Az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla bildirib.
Bundan başqa, mənbə bildirib ki, İran 15 il ərzində uranı 3,67%-dən çox zənginləşdirməməyə razılıq verib.
12:02
İran və beynəlxalq vasitəçilərin “altılığı” İran nüvə proqramı üzrə razılıq əldə ediblər, Reyter agentliyi İran diplomatına istinadən xəbər verib.
“Ağır işin nəticəsi oldu, biz saziş bağladıq”, - agentliyə İran diplomatı bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Beynəlxalq vasitəçilər “altılığı” (Böyük Britaniya, Almaniya, Çin, Fransa, Rusiya, ABŞ) Aİ və İranın iştirakı ilə nüvə proqramı üzrə yekun razılıq üzərində çalışırdılar.