İsrailin Baş naziri Benyamin Netanyahu hökumət koalisiyasının rəhbərinə məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu deyib.
Bu barədə o, fraksiya liderləri ilə görüşdən sonra bildirib.
Qeyd edək ki, islahatların mahiyyəti məhkəmə sistemini qanunvericilik və icra hakimiyyəti orqanlarının qərarlarına təsir imkanından məhrum etməkdir.
İsrail parlamenti bir palatadan ibarətdir. Ali Məhkəmə indiyədək hökumətin hərəkətlərinə nəzarət edib, qanunsuz hesab etdiyi qanunların qəbuluna mane olub.
Təklif olunan düzəlişlər o deməkdir ki, istənilən veto parlamentin 61 səs çoxluğu ilə ləğv edilə bilər.
Bu o deməkdir ki, Knessetdə yerlərin əksəriyyətinə sahib olan hakim koalisiya istənilən qanunu sərbəst şəkildə qəbul və ya ləğv edə biləcək.
Qanunun tənqidçiləri bunun ölkədə diktaturaya səbəb olacağını deyirlər. Netanyahu isə əksinə, məhkəmənin xalqın seçdiyi parlamentin fəaliyyətini məhdudlaşdıra bildiyi mövcud vəziyyəti antidemokratik adlandırır.
09:24
İsrail Prezidenti İsxak Hersoq hökuməti məhkəmə sistemində islahatları dərhal dayandırmağa çağırıb.
Bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.
“İsrail xalqının birliyi naminə, məsuliyyət naminə sizi qanunvericilik prosesini (islahatın qəbulu) dayandırmağa çağırıram”.
Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanından sonra etirazlar başlayıb.
Xatırladaq ki, Y.Qalant martın 25-də xüsusi bəyanatla çıxış edərək, ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib.
O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.
Rəylər