“İsrail mülki əhalinin ərazidən çıxarılmasını təmin etdikdən sonra bir neçə həftə ərzində Qəzza zolağının cənubundakı Rəfahda əməliyyat keçirəcək”.
Bu sözləri İsrail Nazirlər Kabinetinin həftəlik iclasında baş nazir Benyamin Netanyahu deyib.
“Rəfahda əməliyyat keçirəcəyik. Bu, bir neçə həftə çəkəcək”, - deyə Netanyahu bildirib.
Qeyd olunub ki, hərbi təzyiq HƏMAS-ın (Fələstin radikal hərəkatı) qalan batalyonlarını məhv etməyin və bütün girovları azad etməyin yeganə yoludur.
“Biz Rəfahda əməliyyat planlarını, o cümlədən mülki əhalinin döyüş bölgəsindən təxliyəsi üzrə addımları təsdiqləmişik”, - deyə Nazirlər Kabinetinin rəhbəri davam edib.
Netanyahu qeyd edib ki, bu, hərbi əməliyyat ərəfəsində zəruri mərhələdir.
Mənbə: TASS
Rəylər