“New York Post” qəzetinin 30 iyun tarixli buraxılışında ABŞ prezidenti Donald Trampın tvitlərinə həsr olunmuş məqalə dərc edilib.
Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.
“Dayan. Sadəcə dayan”, - nəşrin jurnalisti Meqqi Kolan materialın fotosunu yayıb. Məqalə “New York Post” saytında da yerləşdirilib. Məqalənin müəllifinin nəşrin redaksiyası olduğu bildirilir.

Belə ki, Trampın MSNBC telekanalında yayımlanan “Morning Joe” verilişinin aparıcıları Mik Bjezinski və Co Skarboro haqqında tvitinə kəskin rekasiya veriblər. “Eşitdim ki, aşağı reytinqə malik olan “Morning Joe” verilişində mənim haqqımda pis fikir səslənib (həmin verilişə baxmıram). Dəlisov, aşağı İQ-yə sahib Mika və psixopat Co necə də özlərini alçaldıblar”, - Tramp cümə axşamı tvit yazıb.
Bundan sonra Amerika nəşrlərində prezidentin ünvanına tənqid xarakterli materiallar dərc edilib.
S.S.
www.oxu.az