Braziliya yığmasının hücumçusu Neymarın bacısı Rafaella Bekran Rusiya ilə bağlı təəssüratlarını bölüşüb.
Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə “Sovetskiy sport” məlumat yayıb.
“Mən Rusiyaya vurulmuşam! Dünən Soçidə və Sankt-Peterburqda olduq. Bildiyiniz kimi, əyləncəni sevirəm. Dünən “Rolling Stones”da çox gözəl əyləndik. Canlı yayımda məni izləyin” – deyə o, “Intagram”da yazıb.
