Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Niderlandda NATO məhdudiyyəti: PUA uçuşu qadağan ediləcək
NATO-nun iyunun 24-25-də keçiriləcək sammiti müddətində Haaqa şəhərinin 16 kilometr radiusunda pilotsuz uçuş aparatlarının (PUA) istənilən buraxılışı tamamilə qadağan ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Niderland hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qadağa Amsterdam və Rotterdam hava limanları ətrafındakı ərazilərə də şamil ediləcək.
Qadağaları pozanları külli miqdarda cərimələr və dronların müsadirəsi gözləyir.
Qeyd edək ki, NATO-nun Haaqa sammiti (iyunun 24-25-də) çərçivəsində 45 ölkədən dövlət başçıları, xarici işlər və müdafiə nazirləri də daxil olmaqla 6 000-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- NATO-da kütləvi ixtisarlar: Rütteni ittifaqı yenidən strukturlaşdırmağa nə vadar etdi?
- Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
- "Bloomberg": "Trampın G7 görüşündən tez getməsi NATO sammiti üçün pis əlamətdir"
- Türkiyə NATO-nun radar məlumatlarının İsrailə ötürülməsi ilə bağlı iddiaları təkzib edib
- Mark Rütte: "NATO İran-İsrail münaqişəsində iştirak etmir"