Nigeriya ordusu ölkənin şimali-şərqində yerləşən Qvoza şəhərinə nəzarəti bərpa edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində “Boko Haram” terror qruplaşmasının mənzil-qərargahı məhv edilib.
Nigeriya ordusunun “Twitter”dəki səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, döyüşlər nəticəsində bir neçə terrorçu öldürülüb, qalanları əsir götürülüb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin