Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nigeriyada quldurlar 15 məktəblini qaçırıblar
Quldurlar Nigeriyanın şimal-qərbində 15 məktəblini qaçırıblar.
Bu barədə Nigeriyadakı Liman Abubakar təhsil müəssisəsinin nümayəndəsi məlumat verib.
“Bu saata olan məlumata görə, 15 şagird itkin düşüb, lakin onların sayı arta bilər”, - o bildirib.
Qeyd olunur ki, quldurlar gecə yarısı Sokoto ştatında məktəb yataqxanasına hücum ediblər.
Hazırda məktəblilərin qaçırılması bu həftə ikinci hadisə hesab olunur.
Xatırladaq ki, martın 7-də Kaduna ştatında quldurlar 287 məktəbli və müəllimi əsir götürərək naməlum istiqamətə aparıblar. Onların axtarışı davam etdirilir.
Mənbə: TASS
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər