Kilsəyə gələnlər rahibin artıq “ilahi itaətin” fiquru deyil, əsl “seks simvol”a çevrildiyini bildirirlər.
Oxu.Az The Guardian-a istinadən xəbər verir ki, Nigeriya rahibi onun moizələrini dinləməyə gələnlər ilə xüsusi ünsiyyət üsulu icad edib.
Samuel ənənəvi moizə yerinə, onu dinləməyə gələnlərə güclü təsir edən “müqəddəs seks” adlanan erotik janrdan istifadə edir.
Nigeriya əyalətində olan və arasında yazıçı və etnoqrafların olduğu ekspertlər iddia edirlər ki, xüsusi üsul qismində rahib ilə seks təklif edilir. Onların sözlərinə görə, bir çox qadınlar kilsəyə bayrama bəzənmiş kimi gəlirlər. Kilsə işçisinin intimə görə xanımlardan pul aldığı da xəbər verilir.
- Biz hamımız tanrının elçisi ilə “yatmaq” istərdik. Kim bunu istəməz axı? – kilsəyə gələn xanımlardan biri bildirib.
- O, danışmağa başlayanda külək əsmir və damlar küləyin təsirindən titrəməkdən dayanır . O şikəstlərə ayağa qalxmağı əmr edir və onlar ayağa qalxır. O, barmağını korların gözü üzərinə qoyur və onlar görür. O, dul qadının xəstə oğluna toxunur və o, şəfa tapır, - yerli sakinlər danışırlar.
Mütəxəssislər bu mədəniyyət fenomeni ilə maraqlanaraq “Müqəddəs seks” adlı kitab yazırlar. Burada Samuel qadınların ürəyini fəth edən çox yaraşıqlı və cazibədar kişi kimi təsvir edilir.
- Sizin rahib yaraşıqlıdır. Onun burnu balaca, amma qurumludur. Onun gözləri gözəl uzun kipriklərlə haşiyələnib. Onun dodaqları şişkin və hissiyatlıdır. Onun enli çiyinləri müasir kostyumlarda çox çəkici görünür. O, qalstuk taxmadığı anlarda 22 karatlı brilyant qaşlı boyunbağısı bütün kilsəyə parıltı salır. Moizələrində istifadə etdiyi iPad-in ekranında gəzdirdiyi barmağını qızıl üzük bəzəyir, - “Müqəddəs seks” kitabında yazılır.
Bu, Afrikada rahiblərin ənənələrdən kənara çıxaraq öz “dini” ayinlərini tətbiq etmələri ilk dəfə deyil. Belə ki, CAR rahibi kilsəyə gələnləri canlı ilanları yeməyə məcbur edirmiş. Penuel Mnquninin moizələrinin fotoşəkilləri internetdə yayılıb. Şəkillərdə rahib onu dinləməyə gələnlərin ağzına ilanları soxur. O, iddia edirdi ki, onun əmri ilə tanrı ilanları şokolada çevirir.
E.Ə.
www.oxu.az