Nigeriyanın Kaduna ştatında iki partlayış törədilib, nəticədə ən azı 75 nəfər ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbər görə, 25 nəfər terrorçu-kamikadzenin müsəlman ruhanilərinin konvoyuna hücumu zamanı ölüb.
Daha 50 nəfər bazarda törədilən partlayışın qurbanı olub. Partlayışlara görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.