Nigeriyanın keçmiş Prezidenti Muhammadu Buhari London klinikalarından birində dünyasını dəyişib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə onun nümayəndəsi Qarba Şehu "X" sosial şəbəkəsində məlumat verib.
"Keçmiş prezidentin ailəsi Muhammadu Buharinin bu gün günortadan sonra London klinikalarından birində vəfat etdiyini elan edib", - deyə o yazıb.
Qeyd edək ki, Buharinin 82 yaşı var idi. Hələ prezidentliyi dövründə, 2017-ci ildə o, bir neçə ay Böyük Britaniya klinikalarından birində müalicə alıb. Dövlət başçısının xəstəliyi açıqlanmayıb.