Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuş Nikita Xruşşovun oğlu Sergey Xruşşov intihar edib.
Bu barədə “The New York Times” xəbər yayıb.
Onun ölümü barədə iyunun 18-də xəbər verilmişdi, lakin hadisənin təfərrüatı məlum deyildi.
Nəşrin məlumatına görə, N.Xruşşovun oğlunun başından yara aldığı müəyyən olunub, ancaq zorakılıq izlərinə rastlanmayıb.
Sergey Xruşşov 1935-ci ildə Moskvada anadan olub. Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.
1991-ci ildə ABŞ-a köçüb. Braun Universitetində “soyuq müharibə”nin tarixi üzrə mühazirələr oxuyub. Qısa müddətdən sonra ABŞ vətəndaşlığı alıb.