“Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
“Aİ ilə münasibətlərimiz çox aktivdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu güclü əməkdaşlığın təzahürü olacaq bir sıra qərarlar qəbul ediləcək”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, xüsusilə də viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə danışmaq olar. Digər mövzu Ermənistanda istehsal olunan mallara güzəştli şərtlərin verilməsidir.
Qarşılıqlı fəaliyyətin digər istiqaməti təhlükəsizlik sahəsində əlaqələrin dərinləşdirilməsi, imkanların genişləndirilməsi və Aİ-nin Ermənistandakı missiyasının mandatının uzadılmasıdır (məsələn, daha iki il). Bizim çox geniş gündəliyimiz var və biz onu daha da genişləndirməyə hazırıq”, - Paşinyan qeyd edib.
Aİ-nin uzunmüddətli missiyası 20 fevral 2023-cü il tarixindən iki il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ Ermənistanın Azərbaycanla şərti sərhədində vəziyyətin monitorinqi üçün nəzərdə tutulmuş missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) genişləndirildiyini elan edib.
Mənbə: Sputnik Ermənistan
Rəylər