Fransanın “L'est Republicain” nəşri ötən gecə Nitsada yük maşını ilə çoxlu sayda insanın ölümünə səbəb olan sürücü Məhəmməd Lahuayec Buhlelin fotosunu yayıb.
Oxu.Az xəbər verir ki, nəşr Buhlelin 2008-ci ildə Fransada yaşayış hüququ verən sənədin surətini dərc edib.
Sənədə əsasən, Məhəmməd Lahuayec Buhlelin 1985-ci il, yanvarın 31-də Tunisin Msaken şəhərində doğulub.
Qeyd edək ki, iyulun 14-də yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb. Nəticədə 84 nəfər ölüb, 100 nəfər yaralanıb. Terror aktı zamanı 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
