Nobel Sülh mükafatı Kolumbiyanın prezidenti Juan Manuel Satosa verilib.
Oxu.Az mükafatın rəsmi saytına istinadla xəbər verir ki, o, Kolumbiya İnqilabçı Silahlı Qüvvələri-Xalq Ordusu ilə 52 illik silahlı münaqişəyə son qoyduğu üçün bu mükafata layiq görülüb.
Laureatların təltifetmə mərasimi ənənəvi olaraq Nobel mükafatçısının təsisçisi İsveç sahibkar və ixtiraçı Alfred Nobelin (1833-1896) vəfat etdiyi gün - dekabrın 10-da Stokholmda baş tutacaq.
N.O.