Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Notr-Dam kilsəsinin ziyarətçiləri qəbul edəcəyi tarix məlum oldu
Fransa paytaxtının əsas simvollarında biri, böyükmiqyaslı yanğın nəticəsində zədələnmiş Notr-Dam kilsəsi 8 dekabr 2024-cü ildə yenidən ziyarətçilərin üzünə açılacaq.
Fransa Prezidenti Emmanuel Makron bu barədə Yeni il münasibətilə fransızlara etdiyi müraciətində məlumat verib.
“Bu hadisə Fransa üçün, onun bərpasında iştirak edən hər kəs üçün qürur olacaq”, - deyə E.Makron əlavə edib.
Xatırladaq ki, Notr-Damda 2019-cu ilin aprelində yanğın baş verib. Ehtimal olunur ki, hadisəyə elektrik şəbəkəsindəki problem səbəb olub. Yanğın 14 saat ərzində söndürülüb, tarixi binaya ciddi ziyan dəyib.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Makron Fransa tarixində vaxtından əvvəl vəzifəsini tərk edən ilk prezident ola bilər
- "Le Monde": Makron son dərəcə paranoik olub
- Fransada milli matəm elan edilib
- Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində
- Prezident İlham Əliyev: "Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir"
Ən çox oxunanlar
Rəylər