Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer yenidən milli komandanın əlcəklərini geyinə bilər.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, hazırda Almaniya millisinin çərçivəsini qoruyan Mark-Andre ter Ştegen bu yaxınlarda belindən əməliyyat olunub və 3-4 ay yaşıl meydanlardan kənar qalacaq.
Məhz bu səbəbdən Almaniya milli komandasının baş məşqçisi Yulian Nagelsmannın müraciət edəcəyi təqdirdə 39 yaşlı Noyer bu dəvəti qəbul edəcək.
Xatırladaq ki, Manuel Noyer 2024-cü ilin avqustunda Almaniya milli komandasından ayrılıb.