Ukraynanın Buça şəhərində Rusiya qoşunları tərəfindən öldürüldükləri bildirilən dinc sakinlərin meyitləri küçələrdə həftələrlə qalıb.
Bu barədə “New York Times” yazır.
Nəşrin xəbərində deyilir ki, Buçanın peyk şəkilləri araşdırılıb və məlum olub ki, həmin meyitlər hələ martın ortasında görüntülənib.
Rusiyanın Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, rusiyalı əsgərlər Buçanı martın 30-da tərk ediblər.
NYT: Buçada meyitlər küçələrdə həftələrlə qalıb – VİDEO
Rəylər