Aprelin 3-də Bakıda “Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alanlardan biri də 2018-ci ildə bodibildinq üzrə Azərbaycan Kubokunun qalibi Arslan Quliyevdir.
“Qafqazinfo” 30 yaşlı idmançının yerləşdirildiyi xəstəxanadan fotosunu əldə edib.
Onun komadan yeni ayıldığı bildirilir. Məlumata görə, A.Quliyev sözügedən gecə klubunda mühafizəçi işləyib.
