Amerikanın Nyu-Cersi ştatının Hoboken şəhərində qatar stansiyaya çırpılıb.
Oxu.Az WNBC-ə istinadən xəbər verir ki, xəsarət alanlar var. Bundan başqa, stansiyaya da ciddi zərər dəyib.
Qəzanın səbəbləri müəyyənləşdirilib. Hazırda baş verənlərin təfərrüatları aydınlaşdırılır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
N.O.