Nyu-Yorkda (ABŞ) sahilə yan alan barjada partlayış və ardınca yanğın baş verib. Şəhərin yanğından mühafizə xidmətinə istinadən verilən məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times " məlumat yayıb.
Bildirilib ki, Staten-Aylenddəki barjada baş verən partlayış nəqliyyat konteynerinin alışmasına səbəb olub. Nəticədə bir nəfər ölüb, iki yanğınsöndürən yüngül xəsarətlər alıb. Hazırda alov tamamilə söndürülüb. Partlayışın hansı səbəbdən baş verdiyi hələlik açıqlanmır.