Nyu-Yorkda 11 sentyabr terror aktının 13-cü ildönümünə həsr edilmiş tədbirlər keçiriləcək.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirlər yeni Ümumdünya Ticarət Mərkəzinin ərazisində keçiriləcək.
Səhər saat 08.46-da – 13 il öncə təyyarə Ümumdünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpılan an – Nyu-York sakinləri üçün bir dəqiqəlik sükut elan ediləcək, həlak olanların qohumları onların adlarını oxuyacaq.
2983 ad çəkiləcək – məhz 2001-ci ilin sentyabr ayının 11-də həlak olanların sayı budur.
Adların çəkilməsi 09.03-də (bu ikinci təyyarənin cənubi qülləyə çırpıldığı andır) növbəti bir dəqiqəlik sükut zamanı dayandırılacaq, 09.37 (terrorçuların Pentaqona hücum vaxtı), 09.59 (cənubi qüllənin aşma vaxtı), 10.28 (şimali qüllənin aşma vaxtı).
Bundan başqa sentyabr ayının 11-ni Nyu-York sakinləri, 1993-cü il fevral ayının 26-da baş verən terror aktının qurbanlarını da xatırlayırlar. Bu faciəvi hadisəyə həsr edilmiş sükut dəqiqəsi 10.03-də elan ediləcək.
Ümumdünya Ticarət Mərkəzinin yeni binası axşam saat 6-ya qədər adi müştərilər üçün bağlı olacaq.
2001-ci ilin sentyabr ayının 11-də ABŞ-da baş verən terror aktına görə məsuliyyəti “Əl-Kaida” qrupu öz üzərinə götürüb. Terrorçular üç sərnişin təyyarəsini ələ keçiriblər. İkisini ÜTM-ə yönləndiriblər, bu əməliyyat iki qüllənin yıxılması ilə nəticələndi. Birini isə Pentaqonun binasına yönləndiriblər.
Anım tədbirləri 2002-ci ildən hər il Nyu-Yorkda keçirilir, 2009-cu ildən isə bu gün “Milli anım” günü adlandırılır.
2006-cı ildə ÜTM-in yeni binası tikilib, 2001-ci ildə ÜTM memorialı açılıb.