Bakının mərkəzində hər kəsə “gülümsəyən” ağac peyda olub.
Bu ağacın qarşısından bir çoxlarımız keçsə də, bu cür kreativ “əsər”i görməmişik.
Oxu.Az Milli.Az istinadən xəbər verir ki, “İçəri Şəhər” metrostansiyasının qarşısında yerləşən ağac gələn-gedənə “gülümsəsə” də ona əhəmiyyət vermirik.
“Gözü”, “ağzı” olan qocaman ağaca “dişlər” də düzəldilib. Sosial şəbəkədə geniş yayılan həmin ağac hər kəsin marağına səbəb olub.
Ağacın bu “təbəssümü” insanların bir-birlərinə münasibətdə mehriban davranışı üçün stimul ola bilər.