ABŞ-ın Nyu-York ştatında qatarın yük maşını ilə toqquşması nəticəsində azı üç nəfər həyatını itirib.
Bu barədə Breaking911 məlumat yayıb.
Nəşrin məlumatına görə, toqquşmadan sonra qatar relsdən çıxıb. Bir neçə vaqonun platformaya düşərək yandığı bildirilir. İnsident Lonq-Aylend dəmiryolu xəttində baş verib.
Baş vermiş qəza ilə bağlı istintaq başlanılıb. Qəzanın səbəbləri araşdırılır.