ABŞ Geoloji Xidməti Nyu-Yorkun mərkəzindəki Ruzvelt adası yaxınlığında yerli sakinlərin partlayış səslərindən şikayətləndiyi vaxta təsadüf edən zəlzələni qeydə alıb.
Amerikalı seysmoloqların məlumatına görə, adanın yaxınlığında yerləşən Kuins bölgəsində 1,7 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Nyu-York Yanğınsöndürmə İdarəsinin mətbuat xidmətinin məlumatına görə, cəmi səkkiz dəqiqə sonra onlara yerli sakinlərdən binada “bir sıra partlayışlar və silkələnmə” barədə zənglər gəlib. Nyu-Yorkda kommunal xidmət göstərən “Con Edison” şirkətinin məlumatına görə, hadisə yerinə yaxın yerlərdə elektrik enerjisinin kəsilməsi ilə bağlı bir şikayət qeydə alınıb.
Mənbə: TASS
17:12
Nyu-Yorkda (ABŞ) silsilə partlayışlar baş verib. Bu barədə yerli mediada xəbərlər yayılıb.
Bildirilir ki, partlayışlar nəticəsində Manhettendə, Ruzvelt adasında və Kvinsdə binalar silkələnib, yeraltı təkanlar hiss edilib.
Hələlik xəsarət alanlar barədə xəbər yoxdur. Partlayışların səbəbi məlum deyil.
Mənbə: Freepressjournal.in